Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.08.2017

Din pərdəsi altında təxribat törətmək dinin yanlış anlaşılmasına səbəb olur

Avqustun 17-də Masallı rayonu Xırmandalı kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin, həmçinin ideoloji və dini maarifləndirmə işinin təbliği ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlələr şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev  və başqaları iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov tədbirdə “İslam həmrəyliyi radikalizmə “yox” deyir” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, İslam dünyasında radikal qrupların yaranmasından ən çox zərər müsəlmanlara dəyib və din pərdəsi altında təxribat törətmək dinin yanlış anlaşılmasına, eləcə də cəmiyyət üçün təhlükəli nəticələrə gətirib çıxarır.
Tədbirdə Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və başqaları çıxışlarında Prezident İlham Əliyevin daxili və xarici siyasətindən söhbət açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında aparılan dövlət siyasətindən danışıblar.