Şriftin ölçüsü:

Saytın rəngi:

27.02.2015

Daxili Qoşunların Ali Hərbi Məktəbində görüş keçirilib

Fevralın 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Daxili Qoşunların  Ali Hərbi Məktəbinin şəxsi heyəti və müdavimlərlə görüşüb.
Görüşdə Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov və məktəb rəisinin tərbiyə işləri üzrə müavini Sahib Babayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov görüşün əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Akademiyada kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər  ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında öz xidmətlərini göstərəcəklər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, keçirilən görüş gənclərin milli-mənəvi dəyərlərimizə bağılılığı, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəblərindən danışan Səyavuş Heydərov radikalizmlə mübarizə sahəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verib.
Görüşün sonunda iştirakçıların sualları cavablanıdırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.