Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.05.2017

Daşkəsəndə “Azərbaycan tolerantlığın məskəndir” layihəsi uğurla icra olunur

Mayın 12-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Daşkəsən şəhər cümə məscidi” dini icmasının həyata keçirdiyi “Azərbaycan tolerantlığın məskəndir” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, DQİDK-nın xarici əlaqələr şöbəsinin məsləhətçisi Ayxan Həsənov, “Daşkəsən şəhər cümə məscidi”dini icmasının sədri Ənvər Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, Daşkəsən şəhər “İmaməddin Nəsimi” adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Daşkəsən rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Elmar Əliyev bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev  və DQİDK-nin xarici əlaqələr şöbəsinin məsləhətçisi Ayxan Həsənov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən danışaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndiriblər.
Tədbirdə çıxış edən “Daşkəsən şəhər cümə məscidi” dini icmasının sədri Ənvər Əliyev dini maarifləndirmə sahəsində görülən  işlərin vacibliyini qeyd edib.
Tədbirdə vətənimizin torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.