Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2016

Dağıstanlı gözdən əlil gənc Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinə minnətdarlıq edib

Dağıstanın paytaxtı Mahaçkala sakini, 25 yaşlı Hacımurad Məhəmmədrəsulov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib. H. Məmmdov Rusiya mətbuatına verdiyi müsahibədə qeyd edib ki,  anadangəlmə görmə qabiliyyəti yoxdur. Uşaq yaşlarından babasından İslamı öyrənməyə başladığını qeyd edən Mahaçkala sakini sonradan anası ilə birgə Moskvaya köçərək, burada əlillər üçün internatda təhsil aldığını bildirib. H. Məhəmmədrəsulov Moskavada futbol və qolbolla(gözdən əlillər üçün voleybol) da məşğul olur. H. Məhəmmədrəsulov vurğulayıb ki, məktəbi uğurla bitirdikdən sonra Moskva İdman Universitetinə daxil olub. Universiteti adaptiv fiziki tərbiyə müəllimi ixtisası üzrə bitirdikdən sonra 25 yaşlı Mahaçkala sakini Qroznıda Quranın Brayl metoduyla öyrənilməsi kurslarını keçib. H. Məhəmmədrəsulov qeyd edib ki, daha sonra Çeçenistan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, paralel olaraq Mahaçkalada Quran hafizliyi kurslarından da keçib. İki dəfə Quran hafizlərinin ümumrusiya yarışmasında birinci yer tutub. Hazırda universitetin 4-cü kursunda təhsilini davam etdirən müsəlman gənc Mahaçkalada da gözdən əlillərə Quran oxumağı öyrədən Brayl kursları açmağa qərar verib. Brayl şrifti ilə yazılmış hər biri 7 cilddən ibarət 5 Quran komplekti əldə edilib. Hacımurad Məhəmmədrəsulov həmin Quranöyrətmə vəsaitlərini Bakıdan şəxsən gətirən Dağıstan müftisinin müavini Şahabuddin Hacıkərimova və bu işdə ona yardım edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya dərin təşəkkürünü ifadə edib. 

hafta.az