Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.03.2017

Coratda “Sağlam cəmiyyətin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Martın 9-da Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icmasının “İslam dini vəhdət və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Sağlam cəmiyyətin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan icma sədri Sahib Məmmədov bu tədbirin layihə çərçivəsində sonuncu tədbir olduğunu vurğulayaraq layihənin keçirilməsinin əhəmiyyətindən və müsbət nəticələrdən danışıb. O bu layihələrin dövlət-din münasibətlərinin daha da inkişaf etməsinə təsir etdiyini vurğulayıb. 
DQİDK-nın əməkdaşı Yalçın Abdullayev isə çıxış edərək bildirib ki, həmrəylik və birgəyaşayış ənənələri xalqımızın milli-mənəvi dəyərlər sisteminin tərkib hissələridir. O söyləyib ki, məzhəb ayrı-seçkiliyi yaradan, radikal ideyaları özündə ehtiva edən dini cərəyanlar dinin mahiyyətindən uzaqlaşaraq xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərdən formalaşıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.