Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.12.2019

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsnü Həsənov, cəzaçəkmə müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini polkovnik-leytenant Adil Ağayev iştirak ediblər.

Çıxışlarda dini radikalizm və onun fəsadları, eləcə də ona qarşı mübarizə üsulları haqqında danışılıb. Qeyd edilib ki, cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi məhbusların maariflənməsində mühüm rol oynayır. O da vurğulanıb ki, cəzaçəkmə müəssisəsinin məscidində məhkumların ibadət etmələri üçün şərait yaradılıb və onlar üçün DQİDK tərəfindən nəşrinə razılıq verilmiş dini ədəbiyyatların çatdırılması təmin olunur.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb