Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2016

Cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə mayın 17-də 12 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Penitensiar Xidmətin tərbiyə işinin təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Süleyman Salayev və 12 saylı cəzaçəkmə müəssisənin Tərbiyə işinin təşkili şöbəsinin rəisi, ədliyyə mayoru Heydər Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin tərbiyə işinin təşkili şöbəsinin rəisi H.Əliyev məhkumlar arasında dini maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən söhbət açıb. Dini maarifləndirmənin radikalizmlə mübarizədə ən güclü vasitə olduğu diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini radikalizmin təzahürləri və yol açdığı fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitlik və əmin-amanlıq təmin edilməkdə, dini radikalizmlə genişmiqyaslı və hərtərəfli mübarizə aparılmaqdadır. 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasına toxunan natiq bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə bir ailə kimi yaşadığını vurğulayıb.
Yekunda məhkumları maraqlandıran suallar cavablandırılıb.