13.12.2019
Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2019-cu il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 16 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub.
“Dini ekstremizmə aparan yol, fanatizm və radikalizm, radikal dini qrupların psixoloji təsir metodları” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkumlarla geniş müzakirə aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
