Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.08.2019

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Avqustun 6-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində seminar-treninqlər keçirilib.

2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən “Radikal dini qrupların psixoloji təsir metodları” adlı maarifləndirici tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı Orxan Musayev iştirak ediblər.

Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəzərov adıçəkilən mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən adıçəkilən cəzaçəkmə müəssisələrinə bir sıra dini ədəbiyyat nümunələri təqdim edilib.