Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2020

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Avqustun 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Düşmənə qarşı səmərəli informasiya müharibəsinin aparılmasında ictimaiyyətin rolu” mövzusunda onlayn formatda regional tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və idarənin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, mərkəzin əməkdaşı M.Mənsimli, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxış edənlər mənfur qonşularımız olan ermənilərin tarixən Azərbaycana qarşı ərazi iddiasında olduqlarını, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiklərini vurğulayıblar. Natiqlər, 2016-cı ilin aprel və 2020-ci ilin iyul ayında Azərbaycan ordusunun düşmənə layiqli şəkildə cavab verdiyini qeyd ediblər. Vurğulayıblar ki, düşmənə qarşı aparılan mübarizənin digər istiqamətini informasiya müharibəsi təşkil edir. Bu baxımdan ictimaiyyət nümayəndələrinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıblar.Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.