Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2019

Cəlilabadda "Sülh aylığı” çərçivəsində tədbir baş tutub

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində ”İnsan hüquq və azadlıqlarının ortaya çıxardığı məsuliyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov, Cəlilabad rayonu Zərbiəlli bələdiyyəsinin sədri Məhəmməd Bəşirov, Cəlilabad rayon Zərbiəlli kənd məscidi dini icmasının sədri Rəfail Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov bildirib ki, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilir, bu tədbirlər əhali arasında  hüquqi düşüncənin  inkişafına böyük dəstək olur.

Zərbiəlli bələdiyyəsinin sədri Məhəmməd Bəşirov və başqaları çıxışlarında mövzu ətrafında fikirlərini bildiriblər.