Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.07.2014

Cəlilabadda dindarlar üçün iftar süfrəsi açılıb

On bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı olan Ramazan ilə bağlı Cəlilabad şəhərindəki “Tut bağı” istirahət mərkəzində dindarlar üçün iftar süfrəsi açılıb.
Rayonun rəhbər işçilərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi şöbəsi əməkdaşlarının, eləcə də şəhid ailələrinin, imkansız ailələrin iştirak etdikləri mərasim "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.Çıxışçılar dindarları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildiriblər. Qeyd olunub ki, tolerantlığın hökm sürdüyü Azərbaycanda bütün dini bayramlar, o cümlədən də Ramazan hər il təntənə ilə keçirilir.Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Ulu Öndərin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.Rayonun din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.