18.10.2016
Cəbhə bölgəsində dini radikalizm məsələsi müzakirə olunub
Oktyabrın 17-də Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Füzuli RİH-in başçısı Alı Alıyev açaraq, rayondakı dini durumla bağlı ətraflı məlumat verib. RİH-in başçısı, həmçinin dövlət-din münasibətlərinə toxunaraq qeyd edib ki,Azərbaycan dövləti hər zaman dinə və dindarlara diqqət və qayğı göstərməkdədir.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışıb.Səyyad Salahlı çıxışında dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən geniş bəhs edib. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.
Sonda çıxış edən tədbir iştirakçıları dindarlara göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.



.jpg)