Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.05.2019

“Çağdaş müsəlman mənəviyyat nümunəsi” kitabı çap olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, ilahiyyatçı Nahid Məmmədovun “Çağdaş müsəlman mənəviyyat nümunəsi” adlı kitabı çap edilib. Nəşrdə islamafobiyanın, əsasən də “müsəlman qiyafəli canilərin” sayəsində əzəmətli İslam dininin  cılızlaşmağa doğru getməsi səbəbindən müsəlmanların öz həqiqi simasına qayıtmasına, həqiqi dinin buyurduqları əsasında yaşamasına böyük ehtiyac yarandığı vurğulanıb. Müvafiq olaraq, günümüzdə həqiqi müsəlman necə olmalıdır sualının cavabı ilahiyyatçı tərəfindən qoyulub, peyğəmbər əxlaqı, çağdaş müsəlman və elm, bəndə və cəmiyyət haqları, yardımlaşma, nikah və  digər bu kimi mövzular İslam dini aspektindən araşdırılıb.

Qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilib.