Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2015

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Noyabrın 4-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon  İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan rayon Ə.Kürçaylı adına 7 saylı tam orta məktəb liseyində “Uşaq hüquqları aylığı” çərçivəsində “Milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanması” mövzusunda tədbir keçirilib.Tədbirdə RİH-in məsul işçisi Məhərrəm Məmmədov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Aydın Alıyev, məktəbin direktoru Arzu Daşpoladova, Mərkəzi Hacı Tağı məscidinin axundu Hacı Seyfulla Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İH-in məsul işçisi Məhərrəm Məmmədov dövlətimizin məktəblərə göstərdiyi diqqət və qayğıdan, uşaq hüquqlarının dövlət tərəfindən yüksək səviyyədə qorunmasından danışıb.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Aydın Alıyev “Milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanması” məruzəsi ilə çıxış edərək  milli-mənəvi dəyərlərimiz haqqında geniş məlumat verib və hazırkı dövrdə uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması barədə fikirlərini bölüşüb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

***
Noyabrın 4-də DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin təşkilatçılğı ilə Ağdaş şəhər “Üç qovaq” məscidində “Uşaq hüquqlarının müdafiəsi və təbliğində dini icmaların rolu” mövzusunda dəyirmi masa tədbiri keçirilib. Tədbirdə Yevlax bölgəsi üzrə şöbənin əməkdaşları ilə yanaşı, dini icma sədrləri və din xadimləri iştirak ediblər. 
DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısının sosial siyasətin prioritet istiqamətlərindən bir olduğunu bildirib. Uşaqların Azərbaycanın sabahı olduğunu diqqətə çatdıran Ə.Rəfiyev, tədbir iştirakçılarını onların problemlərinə biganə qalmamağa çağırıb.
Tədbirdə çıxış edən digər natiqlər də uşaqların şəxsiyyət kimi formalaşmasında ailənin böyük rolunu və ailəyə olan hörmətin Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biri olmasını vurğulayıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
***
Noyabrın 3-də DQİDK-nın Ucar  bölgəsi üzrə şöbəsi tərəfindən Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində  “Uşaq hüquqlarının müdafiəsi və təbliğində İslam dininin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları ilə yanaşı, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər. 
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri  Nizami Məmmədov tədbiri giriş sözü ilə açaraq dövlətin uşaqlara verdiyi önəmdən danışıb, İslam dinində uşaq və ailə tərbiyyəsinə verilən əhəmiyyətdən söz açıb. Tədbirdə  Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rasul Kazımov, məscidin axundu Ramil Rəhimov və Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov çıxış edərək uşaqların hüquqları, vəzifələri  və öhdəlikləri  haqqında  geniş məlumat vermişdirlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.