Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.09.2015

Bölgələrdə “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şabran şəhəri “Xıdır Zində” məscidində dindarların iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycanda sülh və dözümlülük mədəniyyəti və milli – mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Məhərrəmov , Şabran, Siyəzən və Xızı rayonları üzrə bölgə qazisi, “Xıdır Zində” məscidinin imamı Cavanşir Əfəndiyev və dindarlar iştirak ediblər.  Tədbiri giriş sözü ilə Cavanşir Əfəndiyev açaraq bildirib ki, həyata keçirilən bu tədbirlərin hər biri dindarlar arasında maarifləndirmə işinin aparılmasına xidmət etməklə yanaşı dindarların öz hüqülarını və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur.
Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən sülh və dözümlülük və milli – mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Məhərrəmov çıxışı zamanı DQİDK-nın yerli icra hakimiyyətləri ilə birgə həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən bəhs edərək bunun təqdirəlayiq olduğunu bildirib.
Qusar şəhəri “Mustafa Kazdal” məscidində keçirilən tədbirdə isə  DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Alif Məmmədov, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi, məscidin imamı Fəryəddin Rəhimxanov və dindarlar iştirak ediblər.
 
                                                  ***
Saatlı  rayon Varxankənd kənd məscidində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  İmişli bölgəsinin təşkilatçılğı ilə “Beynəlxalq Sülh aylığı” çərçivəsində “İslam Sülh Dinidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri  Cavanşir  Bəhrəmov, həmin bölgənin məsləhətçisi Ə.Quliyev, məsləhətçi  E. İbrahimov,  QMİ-nin bölgə qazisi  Saatlı şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Vadər Mirzəxanlı, Saatlı rayon Varxankənd məscidi dini icmasının sədri Yadigar Aslanov, dindarlar, kənd ziyalıları, ağsaqqallar və  gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri  C. Bəhrəmov açaraq,  “Beynəlxalq sülh günü"  mövzusunda məruzə ilə çıxış edib.  Daha sonra  Saatlı rayon Cümə məscidi  dini icmasının sədri  Hacı Vadər Mirzəxanlı, Saatlı rayon Varxankənd məscidi dini icmasının sədri Yadigar Aslanov və digərləri çıxış ediblər.