02.03.2016
***
Bölgələrdə multikulturalizmlə bağlı tədbirlər keçirilib
Martın 2-də Sumqayıt Dövlət Texniki kollecində Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə “Multikulturalizm və zərərli dini cərəyanlar” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin təlim-tərbiyə işləri üzrə müavini Mehman İsmayılov gənclərimizin milli, dini, mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsi, onların zərərli dini cərəyanlardan uzaq olmasını aşılamaq məqsədi ilə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyindən danışıb.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov Azərbaycan xalqının tarixi ictimai-fəlsəfi düşüncəsində dinin yeri və rolu, sahib olduğumuz multikulturalizm və tolerantlıq dəyərləri haqqında geniş məruzə etdi, milli, dini, mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayan tarixi coğrafi, etnik, iqtisadi-sosial və digər amilləri şərh edib. Şöbənin aparıcı məsləhətçisi Yalçın Abdullayev isə öz çıxışında zərərli dini cərəyanların yaranma tarixi, bu cərəyanların təhlükəli planları barədə faktoloji izahat verib. Qeyd edib ki, belə ünsürlərin təsiri altına düşməmək üçün dini inanclı gənclərimiz ibadəti kimdən öyrənilməsi məsələsində çox diqqətli olmalıdırlar. Çıxışlardan sonra tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb. Tədbirin sonunda DQİDK-nın dəstəyi ilə nəşr edilən dini maarifləndirici kitablar kollecin kitabxanasına təqdim edilib.
***
Martın 2-də Xaçmaz Rayon Peşə məktəbində “Azərbaycan: Tolerantlıq və multukulturalizmin mərkəzi kimi” adlı tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də Xaçmaz Rayon Peşə məktəbinin təşəbbüsü ilə həyata keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai – siyası və humanitar məsələlər üzrə şöbənin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, QMİ-nin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Məzahir Yəhyayev, Xaçmaz Rayon Peşə məktəbinin direktoru Abas Məstəliyev, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Peşə məktəbinin direktoru Abas Məstəliyev bildirdi ki, bu tədbiri həyata keçirməkdə əsas məqsəd gənc nəslin Azərbaycanda uzun illərlə formalaşaraq bu günümüzə gəlib çatmış multukultural dəyərlər və tolerantlıq nümunələri ilə tanış etməkdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev tədbirdə qeyd edib ki, Azərbaycanda olan toleran mühit və multukultural dəyərlər bu gün dünyanın bir çox ölkələrində nümunəvi ideolgiya kimi tətbiq olunur. O, bildirib ki, bu həm də özlüyündə Azərbaycan dövlətinin xaricdə apardığı təbliğat işidir. Bu yolla Azərbaycan dünyaya insana və bəşəriyyətə verdiyi qiyməti göstərir.
Daha sonra tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyası və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və QMİ-nin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Məzahir Yəhyayev çıxış ediblər.
***
Martın 1-də Şəki şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə "Multikulturalizm: sözdə və əməldə" mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mayis Səlimov, Şəhər gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhər Təhsil şöbəsi müdirinin müavini Elxan Abdullayev, məktəbin rəhbərliyi müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə ölkəmizdə tolerantlığın və multikulturalizmin bərqərar olması və daha da inkişaf etdirilməsi üçün görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışılıb. "Bilik" fondu tərəfindən hazırlanıb yenicə çap edilmiş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını məktəbin pedaqoji kollektivinə hədiyyə edilib.



.png)

