Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2015

Bölgələrdə milli-mənəvi dəyərlərimiz təbliğ olunur

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Sentyabrın 8-də Masallı rayonunun Aşurlu kənd məscidi dini icmasında “Zərərli vərdişlərlə mübarizədə dini və milli dəyərlərin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Aşurlu kənd məscidi dini icmasının sədri Məhərrəməli Əbilov, dini icmanın üzvləri,əraziyə yaxın olan 4 kəndin- Bədəlan, Qızılavar,Çayqıraq və Aşurlu kəndlərinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Aşurlu kənd məscidi dini icmasının sədri Məhərrəməli Əbilov keçirilən tədbirlərin  də müsbət nəticə verdiyini bildirib. Komitənin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov həyata keçirilən layihənin əhəmiyyətindən danışıb.
Daha sonra tədbirdə Aşurlu kənd məscidi dini icmasının üzvü Mərdan Nuriyev, 85 yaşlı kənd ağsaqqalı Baloğlan Məmmədov və seyid Mirhəsən ağa və başqaları çıxış ediblər.
Tədbirdə, həmçinin Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “Zərərli vərdişlərlə mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir iştirakçılarına dini icmaya ayrılmış vəsait hesabına çap edilimiş ədəbiyyat və əyani vəsaitlər paylanılıb.
                                                          ***
Sentyabrın 7-də Masallı rayonunun Hişkədərə kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimizi qoruyaq!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov,  Bakı İslam Universitetinin müəllimi, ilahiyyatçı alim Aslan Həbibov, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RİH-in Hişkədərə ərazi nümayəndəsi Qumriyyə Cəfərova, Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev, kənd orta məktəbinin direktoru İlham Ağayev, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev, Hişkədərə kənd orta məktəbinin müəllimi Aydın Kərimzadə, kənd orta məktəbinin  tarix müəllimi Bahadır Abdullayev, Bakı İslam Universitetinin müəllimi Aslan Həbibov və başqaları çıxış ediblər.
Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “Narkomaniyaya qarşı mübarizə” mövzusunda çıxış edib.
 
                                                         ***
Biləsuvar rayonu Bəydili kəndi “Cümə məscidi” dini icması “Gənclərimizin dini radikal təsirlərdən qorunması”  adlı layihə çərçivəsində növbəti tədbir keçirib. Tədbirdə Bəydili kənd seçki komissiyasının sədri Ağayər Əzizov, icma sədri Hacı Abuzər Kərimov, icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Bəydili kəndi “Cümə” məscidi dini icmasının sədri Abuzər Kərimov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərimizin radikal dini cərəyanlardan qorunması və dini ənənələrin təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.                                                                                                                                  
 Tədbirdə, həmçinin, kənd ziyalıları çıxış edərək gənclərimizin radikal dini cərəyanlardan qorunmasının vacibliyindən  danışıblar.
 
                                                         ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran şəhəri ”Böyük bazar”cümə məscidi  dini icmasının “Gənclər və milli-mənəvi dəyərlərimiz”” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbiri Osman Mirzəyev adına Lənkəran Şəhər  Qarışıq  Tipli Uşaq Evində keçirilib. Tədbirdə  uşaq evinin kollekivi və dindarlar  iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər “Böyük bazar”cümə məscidi dini icmasının sədri Sədi Axundzadə açaraq layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin xalqımıza olan növbəti qayğısı kimi qiymətləndirib.
 Tədbirdə Lənkəran şəhəri “Böyük bazar”cümə dini icmasının sədri Sədi Axundzadə "Uşaqlar bizim gələcəyimizdir", Lənkəran şəhəri “Böyük Bazar”cümə məscidinin axund köməkçisi Amid Bağırov “Uşaqları qoruyaq”, Lənkəran rayonu Viravul kənd məscidi dini icmasının sədri Rais Nəzərov ”Heydər Əliyevin uşaqlara qayğısı” mövzuları üzrə məruzələrlə çıxış ediblər.