Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.03.2016

Bölgələrdə maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Sabirabad rayonu  Bulaqlı  kənd məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimiz və  müasirlik” layihəsi çərçivəsində  “İslamda  vəhdətin (birliyin) təbliği istiqamətində dini icmaların və dindarların rolu”   mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, icma üzvləri,  ziyalılar,  kənd ağsaqqalları və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov  İslam dininin  sülh, qardaşlıq və  vəhdət dini olması barədə geniş məruzə ilə çıxış edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov mövzu ilə bağlı çıxışında İslamın sülh və vəhdət dini olmasından, gərəksiz düşmənçiliyə və işğalçılıq siyasətinə qarşı olmasından söz açaraq Azərbaycanın etnik-dini müxtəlifliyə milli sərvət kimi yanaşmaqla dünyaya tolerantlıq nümunəsi aşıladığını diqqətə çatdırıb. Daha sonra çıxış edən icma üzvləri  Prezidentin dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan daha bir qayğısı kimi dəyərləndiriblər.
***
Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər Gənclər Evində Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, Ağsu şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 
Çıxış edənlər radikalizm və onun fəsadları, gənclərin, xüsusilə dindarların radikal meyillərdən qorunması, gəncliyimizin milli-mənəvi və dini dəyərlər işığında tərbiyə olunması istiqamətində çıxış ediblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.