Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.03.2016

Bölgələrdə maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Martın 4-də Ağdam rayon Xındırıstan kənd məscidi dini icması Bənövşələr qəsəbəsində dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Mehman Mustafayev, qəsəbədə yaşayan şəhid ailələri,  icma üzvləri, dindarlar,  ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği  işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. Barat Bağırov vurğulayıb ki, bu cür layihələr gənclərin milli ruhda böyüməsinə kömək edir.
Ağdam RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Mehman Mustafayev mövzu ilə bağlı çıxış edərək Azərbaycanın Milli Qəhrəmanlarından və şəhidlərindən danışıb.
***
Martın 4-də Lerik rayonu Gürdəsər kənd məscidi dini icması tərəfindən "Dini radikalizmə qarşı mübarizə yolları və  milli mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Lerik Rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lerik şəhər Cümə məscidinin axundu Hacı İlham Əliyev,  Gürdəsər  kənd  məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri, ağsaqqallar, ziyallılar və  gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov  layihə çərçivəsində keçirilən tədbirin “İslam sülh dinidir” mövzusuna həsr olunduğunu bildirib. “İslam sülhə çağırır” mövzusunda çıxış edən Azər Həsənov dinimizin sülh dini olduğunu deyərək, həyata keçirilən maarifləndirmə xarakterli bu tədbirlərin hər birinin İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər Cümə məscidinin axundu Hacı İlham Əliyev “Dinimiz müharibələrə yox deyir”, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev "Dövlətimiz sülhün keşikçisidir" mövzuları üzrə ətraflı məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.