Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2021

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov və Neftçala rayonunda fəaliyyət göstərən rəsmi din xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücüm əmə-liyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağın azad edilməsindən bəhs edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri xüsusi qeyd edilib.

Videokonfrans müzakirələrlə davam etdirilib.