Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2021

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının" həyata keçirilməsi ilə bağlı tədbirlər planınına əsasən "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda  Sənaye ve Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində karantin qaydalarına riayət etməklə seminar təşkil olunub.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Şahmar Verdiyev, şöbənin müdir müavini Elmar Fətəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın məsul katibi Hümbət Cəfərov və Peşə Təhsil Mərkəzinin rəhbəri Şahin Məhərrəmov iştirak ediblər.

Çıxışlarda ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir.