Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Muxax kənd məscidi dini icması tərəfindən “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri” layihəsi çərçivəsində “İslam həmrəyliyi və onun dini radikalizmlə mübarizədəki rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Muxax kənd məscidi dini icmasının sədri Abdurrahman Rəcəbov İslam həmrəylinin dini radikalizmlə mübarizədə mühüm rol oynadığını iştirakçıların nəzərinə çatdırıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Azərbaycanda tarixən həmrəylik ənənələrinin çox güclü olduğunu qeyd edib. O, həmçinin İslam mənbələrindən və İslam tarixindən sitatlar gətirərək həmrəyliyin İslam mədəniyyətinin əsaslarından biri olduğunu vurğulayıb.
QMİ-nin Zaqatala bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev də dini radikalizmin 21-ci əsrin bəlası olduğuna diqqət çəkib və Azərbaycan dindarlarının hər zamankı kimi bu gün də dini radikalizmə qarşı sərt mövqedə durduqlarını bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.