Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zaqatala rayon Əliabad İslam Kollecində “Gənclərin narkomaniya və onun təzahürlərindən qorunmasında dini icmaların və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayon qazısı Malik Bilalov, Əliabad İslam Kollecinin direktoru Darçın Məmmədov, tələbələr, müəllimlər və icma üzvləri iştirak edib.
Çıxışlar zamanı gənclərlə maarifləndirmə tədbirlərinin mütamadi keçirilməsinin önəmi qeyd olunub. Narkomaniyanın, dini radikalizmin və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi istiqamətində dövlət tərəfindən görülən işlər haqqında məlumat verilib. Narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlardan bəhs edilib.



