Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Saatlı şəhər V.Əsgərov adına şəhər 4 saylı tam orta məktəbdə Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş “Tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Səidə Mehdiyeva, İslam Cəfərli, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu bir məkan olduğu bildirilib. Dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında məlumat verilib, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinə çevrilməsi ninməhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunub.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


