Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Noyabrın 6-da Ağstafa rayon Böyük Kəsik kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı: nəyi, necə etməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Qərib Abbasov, Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyubağa” məscidi dini icmasının sədri Hüseyn Hüseynov, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edənlər maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib, respublikamızda uşaq hüquqlarına verilən önəm, dövlət tərəfindən uşaqların tərbiyəsinə, təhsilinə və boş vaxtlarının səmərəli təşkilinə yetirilən diqqətdən danışıblar.



