Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2019

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Oktyabrın 10-da Qax rayon İlisu  kənd  tam orta məktəbində Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova, məktəbin müəllimləri  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbiri İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova giriş sözü ilə açıb və mövzunun əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov mənəvi dəyərlərimizdən və dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolundan danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.