Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.08.2019

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 2-də Ağstafa rayon Heydər Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ağstafa RİH-in əməkdaşı Şahhüseyn Qurbanov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı Babək Ələkbərov, məktəb direktorları və ziyalılar iştirak ediblər.

Çıxışlarda narkomaniyaya qarşı maarifləndirmə xarakteri daşıyan tədbirlərin əhəmiyyəti qeyd olunub, uşaqların bu bəladan müdafiə olunması üçün məktəbin və ailənin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.