13.06.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İmişli rayon Vüqar Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbində “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov, Xoşçobanlı kənd tam orta məktəbinin direktoru Azər Kərimov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov mövzunun əhəmiyyətindən danışıb. İslamın sülh dini olduğunu deyən natiq birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. C.Bəhrəmov müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq mühitində yaşadıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər mövzu ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
(46).jpg)
(174).jpg)
(82).jpg)