Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.01.2018

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  əməkdaşı Elvin İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, Beyləqan RİH başçısının Qarallar kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Cəfərov, kənd tam orta məktəbinin direktoru Mənsumə Abuşova, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov açaraq İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən  danışıb.  O bildirib ki, gənclərimizi yad təsirlərdən qorumaq üçün daha savadlı, təhsilli cəmiyyətə nail olmalı, onların dini maariflənməsinə, dini savadlanmasına xüsusi fikir verilməlidir. Vurğulayıb ki, bu işdə ziyalılar, təhsil işçiləri, din xadimləri fəal iştirak etməlidirlər.  
Qarallar kənd tam orta məktəbinin direktoru Mənsumə Abuşova məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb.  Bildirib ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əvəzsiz rolu var.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DQİDK tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.