22.12.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 22-də Saatlı rayonu Qazanbatan kkənd məscidi dini icmasında “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam humanizm və həmrəylik dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırama şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhərəmov, həmin şöbənin əmkdaşı Elvin İbrahimov, Saatlı rayon Qaznbatan kənd inzibati dairəsi üzrə kənd icra nümayəndəsi Əzizağa Əzizov, kənd bələdiyyəsinin sədri Sərvər Rivzmanov, Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov, dini icmanın üzvləri, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırama şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov çıxış edərək 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.O,həmçinin ölkəmizdə hökm sürən dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirərək, İslam dininin insanları sülhə, birliyə çağırdığını qeyd edib. DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov milli və dini həmrəyliyin hökm sürdüyü Azərbaycan cəmiyyətində humanizm prinsiplərinin əsas yer tutduğunu bildirib. Şöbə müdiri həmçinin etnik-mədəni və dini müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizm, tolerant və multikultural dəyərlərin müstəsna rolu olduğunu diqqətə çatdırıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)