20.12.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub ağa” məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslamda ailə modeli” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, rayon Ağsaqqal Şurasının sədri Firdovsi Heydərli, Qırlı kənd orta məktəbinin direktoru Gültəkin İsmayılova, dini icma sədri Hüseyn Hüseynov, icma üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev çıxışında keçirilən tədbirlərin maarifləndirmə baxımından əhəmiyyətindən və tədbirlərin müsbət nəticələrindən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov qeyd edib ki, bu gün bütün dünyada Azərbaycan ailə modeli nümunəvi bir model kimi tanınır və Azərbaycan ailəsində milli adət-ənənələr qorunur.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov qeyd edib ki, bu gün bütün dünyada Azərbaycan ailə modeli nümunəvi bir model kimi tanınır və Azərbaycan ailəsində milli adət-ənənələr qorunur.
Rayon Ağsaqqal Şurasının sədri Firdovsi Heydərli, Qırlı kənd orta məktəbinin direktoru Gültəkin İsmayılova, dini icma sədri Hüseyn Hüseynov da mövzu ilə bağlı fikirlərini bildiriblər.