Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Miyankü kənd məscidi dini icmasının “İslam dini: sülh və vəhdətə çağırış”  layihəsi çərçivəsində “Narkomaniya və onun bəlalarına qarşı mübarizədə müasir gəncliyin rolu” mövzusunda tədbir keçirilib.
Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, məktəbin direktor müavini Cəmaləddin Fərziyev, dini icma sədri Sadıx Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov narokmaniyaya qarşı mübarizədə gənclərin rolundan söhbət açaraq qeyd edib ki, sağlam gənclik yetişdirmək üçün hamı birgə fəaliyyət göstərməlidir.
Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov bildirib ki, Azərbaycanda gənclərin narkotik maddələrə meyl göstərməsinin səbəblərindən biri də onların təhsildən yayınması, mütaliəyə az zaman ayırmasıdır.
Daha sonra DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, kənd ağsaqqalı Əsədulla Səfərov, icma sədri Sadıx Məmmədov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüb.           
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.