Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu Bankə qəsəbəsi Həzrət Əli məscidi dini icması tərəfindən “İslamda həmrəliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanlar İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Həzrət Əli məscidi dini icmasinın sədri Əli Musayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu, İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə yönələn bir təşəbbüsdür.
Qafqaz Müsəlmanlar İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini və müharibəyə qarşı olduğunu deyib. Daha sonra dini icma sədri Əli Musayev mövzu ilə bağlı öz fikirlərini bölüşüb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.