Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.04.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Aprelin 25-də Saatlı Rayon İcra Hakimiyyəti, Saatlı rayon Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin  birgə təşkilatçılığı ilə Saatlı şəhər  Səməd Vurğun adına 1 saylı  tam orta məktəbdə  “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.    
Tədbiri giriş sözü ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb. O, öz çıxışında qeyd edib ki, narkomaniya və digər zərərli vərdişlər insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.
Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbənin  əməkdaşı Elvin İbrahimov çıxışında radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Natiq bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmini diqqətə çatdırıb.
Daha sonra Saatlı rayon S.Vurğun adına tam orta məktəbin tarix müəllimi Natiq Həsənov gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün  belə maarifləndirici  tədbirlərin  keçirilməsinin  əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.