Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.09.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına sentiyabrın 6-da Samux rayon Əhmədbəyli kənd orta məktəbində Samux şəhər müsəlmanları dini icması tərəfindən “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir” adlı layihə çərçivəsində “Dini ekstremizmin qarşısının alınmasında İslam həmrəyliyinin rolu”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev çıxışında dini radikalizm və ekstremizmlə mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.
DQİDK-nın  Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev və Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov çıxışlarında layihənin əhəmiyyətinə diqqət çəkiblər.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.