Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 28-də İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik və sülh çağırışları” layihəsi çərçivəsində İslam həmrəyliyinin təbliği, gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elbəy Dəmirov, İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov gənclərimizin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunmasında İslam həmrəyliyinin təbliğinin əhəmiyyətini, eləcə də ağsaqqalların və ziyalıların rolunu vurğulayıb. Natiq dini radikalizmə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında məlumat verib, İslamın dini radikalizmə qarşı olduğunu vurğulayıb. Natiq bildirib ki, dini radikalizmə qarşı mübarizə aparmaq və gənclərimizi zərərli vərdişlərdən qorumaq üçün onlara valideyn, Vətən, millət sevgisini aşılamaq və İslam dinini düzgün çatdırmaq lazımdır.
Tədbirin sonunda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.