Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.08.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması tərəfindən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “İslamda birlik və bərabərlik çağırışları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov, dini icmanın sədri Əhməd Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda birlik və bərabərliyin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki,  ölkəmizdə əsrlərboyu bərqərar olmuş ədalət, bərabərlik, sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Məhz elə bu baxımdan, İslam həmrəyliyi təkcə müsəlman dünyası üçün deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir.
 Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.