22.08.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “Azərbaycan mədəniyyətinin İslam mədəniyyətinə töhfələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, şöbənin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, rayon üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Abdurahman Bilalov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Abdurahman Bilalov layihə çərçivəsində keçirilən bu tədbirin mahiyyəti barədə məlumat verib, Azərbaycan mədəniyyətinin İslam mədəniyyətinə töhfələrindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov din və mədəniyyətin hər zaman bir-birindən təsirlənməsindən, onların qarşılıqlı mübadilələrindən danışıb. O qeyd edib ki, dinin mədəniyyətdən ayrılması mümkün deyil. Belə ki, o, əvvəlcə fərdlərə, fərdlər vasitəsilə də sosial qurumlara elə nüfuz edir ki, nəticədə mədəniyyətin ayrılmaz parçasına çevrilir.
QMİ-nin Zaqatala bölgəsi üzrə qazısı Malik Bilalov da öz növbəsində Azərbaycan mədəniyyətinin İslam mədəniyyəti içərisindəki yerindən və rolundan, İslamın Azərbaycan mədəniyyətinə təsirlərindən söhbət açıb, din xadimlərinin həm Azərbaycan mədəniyyəti, həm də ümumilikdə İslam mədəniyyətini daha dərindən bilmələrinin vacib olduğunu söyləyib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
.jpg)
.jpg)