Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gədəbəy şəhər "Cümə" məscidi dini icması tərəfindən "İslamın mənəvi əxlaqi dəyərlərinin gənclərə aşılanması" layihəsi çərçivəsində "Gənclər arasında İslamın əxlaqi mənəvi dəyərlərinin təbliğinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və əməkdaşları, Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, icma sədri Rövşən Mustafayev, icma üzvləri və rayonun ictimai aktivləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov rayondakı dini durum, dövlət və din münasibətləri, milli-mənəvi dəyərlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin nəzəri-praktik əsasları, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin imkanları və yolları barədə danışıb. O, məruzəsində gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüurda möhkəm intişar tapmasında Azərbaycan xalqının zəngin adət-ənənələrinin, mental dəyərlərinin rolunu önə çəkib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.