Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icmasi tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov və əməkdaşı Yusif Yusifli, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, icma sədri Hatəm Fərəcov, icmanın dini ayinlərinin icraçısı Taleh Əliyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin mudiri Azər Sadıqov  cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, İslam dini insanları sülhə, həmrəyliyə və humanizmə dəvət edir. O, Azərbaycanda yaşayan bütün xalqların milli-mənəvi və dini dəyərlərinə ehtiramla yanaşıldığını, ölkəmizdə multikulturalizm, tolerantlıq və həmrəylik mühitinin mövcud olduğunu vurğulayıb.
Daha sonra Neftçala RİH başçısı Aparatının əməkdaşı Vasif Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, dini icmanın sədri Hatəm Fərəcov və başqaları çıxışlarında mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.