Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icması tərəfindən “İslam dinində tolerant və multikultural dəyərlər”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icmasının sədri Hüsni Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb. Natiq onu da bildirib ki, müxtəlif dinlərin yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, eyni zamanda milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Salyan şəhəri Mərkəzi Hacı Tağı məscidi dini icmasının sədri Hüsni Həsənov çıxışında Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.