Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İmişli rayonu Cəfərli kənd məscidi dini icması tərəfindən “İslamda sülh və həmrəylik çağırışları” layihəsi çərçivəsində “İslam həmrəylik və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, icma sədri Abel Süleymanov, RİH başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Ələsgərov, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Abel Süleymanov bildirib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, multikultural ənənələr diyarı olan Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir
Daha sonra DQİDK-nın İmişli bölgəsi şöbəsinin əməkdaşı Elbəy Dəmirov əsrlərboyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycanın bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biri olduğunu deyib. O, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini ölkəmizin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyər olduğunu diqqətə çatdırıb. 
RİH başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Ələsgərov və başqaları çıxışlarında mövzunun əhəmiyyətinə toxunublar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara dini maarifləndirici ədəbiyyatlar paylanılıb.