Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər “Hacı İsmayıl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və islami dəyərlərin təbliği” layihəsi çərçivəsində “Gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğatının artırılmasında dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, rayonun qeydiyyat şöbəsinin müdiri Elnur Məmmədov, “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Ə.Məmmədov mövzu ilə bağlı məlumat verib. O, radikal ideya və fikir daşıyıcılarının xüsusilə gəncləri hədəfə almasının məqsədyönlü olduğunu vurğulayıb. Bunun qarşısının alınmasının xalqımızın malik olduğu milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamağın vacibliyindən danışan Ə.Məmmədov dini icmaları, o cümlədən din xadimlərini bu istiqamətdə daha fəal olmağa çağırıb.
Mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri N.Əfəndiyev dövlətimizin gənclərlə bağlı siyasətinin uğurlarından bəhs edib. O, gənclərimizə ölkəmizi dünyaya nümunə edən multikultural, tolerant və digər dəyərlərimizi öyrənib təbliğ etməyi tövsiyə edib. N.Əfəndiyev dini icmaların və din xadimlərinin gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğatını mütəmadi aparılmasının əhəmiyyəti  barədə də danışıb.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev isə bildirib ki, milli-mənəvi dəyərlərimizin  qorunub saxlanılması gənclərin ən mühüm vəzifələrindən biridir və onların milli vətənpərvərlik ruhunda tərbiyə olunması vacibdir.
Mövzu ilə bağlı çıxış edən Ağdaş rayon Yuxarı Ləki kənd məktəbinin müəllimi Ağaşirin Hacıyev və Orta Ləki məscidinin imamı Məhəmməd Cəlalov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.