Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icmasının “İslam dini həmrəy və tolerant dindir”  adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, icma sədri Zabil Qədirov, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov İslam və milli kimlik mövzusu barədə məlumat verib. O, çıxışında  2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən və Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından bəhs edib.
Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev isə milli dəyərlərimizin təhrif olunması və ona qarşı mübarizədə təhsil amilinin əhəmiyyəti haqqında danışıb.
Daha sonra icma sədri Zabil Qədirov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.