Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2016

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən maarifləndirmə tədbirləri davam etdirilir.
Martın 18-də Sumqayıt Şəhər Cümə  məscidi dini icması tərəfindən həyata keçirilən layihə çərçivəsində “Novruzun İslamda yeri və tarixi adət-ənənələrimizə baxış”  mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.Tədbirdə Sumqayıt Şəhər Cümə  məscidi dini icmasının sədri Rauf Sərdarov, Quran kursunun müəllimləri, dindarlar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından, bu istiqamətdə dövlətimizin gördüyü işlərdən danışılıb.
***
Martın 17-də Xızı rayonu Mikayıl Müşviq adına Giləzi qəsəbə tam orta məktəbində “Dini fanatizm və radikallıq: Cəmiyyətimiz üçün təhlükəlidir” mövzusunda marifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Yalçın Abdullayev, Ülvi Məmmədov, Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumların təşkilatçısı Ceyhun İsgəndərov, məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Tədbirdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından, bu istiqamətdə dövlətimizin gördüyü işlərdən danışılıb. Tədbirdə həmçinin, ölkəmizdə yayılan zərərli dini cərəyanların fəaliyyəti haqda məlumat verilib, onların fəaliyyətinin zərərləri, cəmiyyətimiz və dövlətçiliyimiz üçün təhlükəli olduğu vurğulanıb.