Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

Bölgələrdə layihələr uğurla icra olunur

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər Əliyev irsi və İslam həmrəyliyi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Barat Bağırov İslam dininin sülh, tolerantlıq, xeyirxahlıq və mərhəmət dini olduğunu, bəşəriyyəti həmrəyliyə çağırdığını qeyd edib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məruzə edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsindəki rolu, İslam dininə göstərdiyi diqqət və qayğısı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 
Kənd ağsaqqalı Cəmaləddin Əzimov və digərləri çıxışlarında həyata keçirilən layihənin mühüm əhəmiyyəti olduğunu, ölkəmizin İslam həmrəyliyinin təmin olunması sahəsində mühüm addımlar atdığını bildiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.