Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.07.2017

Bölgələrdə layihələr uğurla icra olunur

İyulun 25-də Ağcabədi Pedaqoji Kollecində Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihəsi çərçivəsində “Multikultural dəyərlərin tarixi kökləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri, gənclər və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə  açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri M. Rzayev tarixən ölkəmizdə mövcud olan multikultural və tolerant ənənələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə. Nəcəfov çıxışında  qeyd edib ki, müxtəlif xalqlar arasında etimadın möhkəmlənməsində və cəmiyyətin tərəqqisində multikulturalizmin inkişafı vacib şərtdir. Onun sözlərinə görə, multikulturalizm ölkəmizdə  əvəzi olmayan yaşam tərzinə çevrilib.
Daha sonra çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı T. Hacıyev və digər natiqlər milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.