Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.06.2016

Bölgələrdə layihələr uğurla icra olunur

İyunun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağcabədi rayon "Seyid Mürsəl Ağa məscidi” dini icması tərəfindən Ağcabədi rayonu 5 saylı tam orta məktəbdə “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti  tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon “Seyid Mürsəl Ağa məscidi” dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayon 5 saylı tam orta məktəbin direktoru Solmaz Rəhimova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Mehman Novruzov,   məktəb müəllimləri və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon 5 saylı tam orta məktəbin direktoru layihə barədə geniş məlumat verib. Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxışında İslamda ailə dəyərlərindən bəhs edib.
Tədbirdə, həmçinin digər natiqlər çıxış edərək, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının ayrılmasını yüksək qiymətləndiriblər.