Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2017

Bölgələrdə “İslam həmrəyliyi və vəhdət” layihəsi uğurla icra olunur

 İyunun 7-də Masallılı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “İslamda vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşları, rayonun Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin direktoru Gülcan Kərimova, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ziyalılar, valideynlər və müəllimlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülcan Kərimova gənclər arasında, xüsusən də məktəb  yaşlı uşaqlar arasında vətənpərvərlik ruhunun  aşılanmasında təhsil ocaqları və müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə İslamın Vətən sevgisinə verdiyi önəmdən, bu sahədə milli-mənəvi dəyərlərin təbliğindən, gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açıb.
Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyat paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.